Müstəqil Şah Mat Teatrı oktyabr ayının 14-ü saat 19:00-da Saalam Cinema səhnəsində dünyaca məhşur rumın dramaturqu Matey Visnekin "Qoca klon tələb olunur" əsərinin motivləri əsasında "Üstdəki dərinliklər” adlı tamaşanın premyerasını teatrsevərlərə təqdim edəcək.
Bu barədə Qaynarinfo-ya teatrın mətbuat katibi Turan Etibaroğlu məlumat verib.
Xronometrajı 50 dəqiqə olan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatıçısı Şükür Babayevdir.
Tamaşada rolları Anar Bulud, Fərid Vəliyev, Fərid Bağırov, Səid Abbasov, Orxan Abışov ifa edir. Absurd üslubunda qurulan bu tamaşada hadisələr 3 fərqli obrazın ətrafında baş verir.
Qeyd edək ki, tamaşa 16+ hazırlanıb. Tamaşanın biletlərini iticket.az saytından onlayn və ya tamaşa günü Salaam Cinemadan əldə edə bilərsiniz.