Xəbər lenti

“Şahdağ” dağıldı (RƏSMİ)
Ölkə16:17 18.03.2022

“Şahdağ” dağıldı (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın İntizam Komitəsi "Şahdağ” futbol komandasını Region Liqasından kənarlaşdırıb.
Qaynarinfo xəbər verir ki, buna Quba təmsilçisinin çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlməməsi səbəb olub.
"Şahdağ” Region Liqası oyunlarının 50%-ni keçirdiyi üçün qalan matçlarda komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Qeyd edək ki, hələ bir müddət əvvəl komandanın dağıldığı bəlli olmuşdu. AFFA İntizam Komitəsinin bu qərarı ilə komandanın dağılması rəsmiləşib.