Xəbər lenti

"Şahdəniz" yatağında hasilat artdı
Ekonomiks18:17 05.11.2021

"Şahdəniz" yatağında hasilat artdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2021-ci ilin yanvar-sentyabr aylarında "Şahdəniz" yatağından təxminən 16 milyard standart kubmetr qaz və 3 milyon ton (24 milyon barel) kondensat hasil edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə bp-nin hesabatında qeyd olunub.
Bu göstəricilər 2020-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 20,3 faiz və 11,1 faiz artıb.
Üçüncü rüb ərzində "Şahdəniz" yatağından Azərbaycan, Gürcüstan, Türkiyə, BTC Company və Avropada digər alıcılara qaz tədarükü davam edib.
Eyni zamanda, 2021-ci ilin ilk üç rübündə "Şahdəniz" yatağı üzrə əməliyyat xərcləri 1,57 milyard dollar, əsaslı xərclər isə 524 milyon dollara yaxın təşkil edib.