Xəbər lenti

Sahibkarın işığını kəsib rüşvət istədilər
Ölkə12:28 29.06.2015

Sahibkarın işığını kəsib rüşvət istədilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rayonun Düyərli kəndindən olan sahibkar məktubunda ölkə başçısına, sənaye və energetika nazirinə, "Azərişıq” ASC rəhbərinə, Şəmkirin icra başçısı Alimpaşa Məmmədova müraciət edib. 

Sahibkar qeyd edir ki, 2013-cü ildən sahibkarlıq  fəaliyyəti ilə məşğuldur. Onun sözlərinə görə, kənd təsərrüfatı məhsulları istehsal  edir. Şikayətçi bildirir ki, küllü-miqdarda vəsait xərcləyərək heyvandarlıq  üçün mal tövləsi, 1 hektar istixana inşa edib. 

Həmçinin, 13 hektar yonca sahəsi,  2 hektar isə qarışıq meyvə bağı salıb. İş adamı deyir ki, qanuni olaraq Şəmkir Elektrik Şəbəkəsi İdarəsi tərəfindən elektrik xətti çəkilib. Ardınca "smartkart” tipli sayğac qoyulub, texniki şərt verilib. Bu günə kimi elektrik borcunu qabaqcadan ödəyib. 

Q.Süleymanov söyləyir ki, iyunun 27-də heç bir xəbərdarlıq olmadan təsərrüfatın elektrik xətti açılıb: "Səbəbini soruşduqda bildirdilər ki, borca görə elektrik xətti açılıb. Bildirdim ki, "smartkart” tipli  elektrik sayğacında borc yaranması  mümkün  deyil. Mən istixanada yetişdirilən pomidorun suvarılmasını həyata  keçirirəm, istixananın  içərisində 60 dərəcədən çox  istilik  var. 

Əgər vaxtında  suvarılmasa məhsulumuz bata  bilər. Nəticədə indiyə qədər çəkdiyimiz küllü miqdarda vəsaiti  itirmiş olarıq. Təsərrüfatda daimi 10  işçi, mövsümü  olaraq  20-dən  çox  işçi çalışır. Məhsulun  batması  30  ailənin ac  qalması  ilə  nəticələnə  bilər. Aidiyyəti qurumlardan  təcili  olaraq  təxirəsalınmaz  tədbirlər  görmələrini  xahiş  edirəm. 

Qanunvericiliyin normalarına uyğun olaraq Şəmkir EŞİ-i hər  hansı  bir nöqsan üçün vətəndaşa  əvvəlcədən  yazılı sürətdə  xəbərdarlıq  etməlidir. Ancaq baş  biləni Mirdamət  müəllim  və  onun  göstərişi  ilə təsərrüfatın elektrik  xəttıii  açan Səvxan  adlı  nəzarətçi qanunvericiliyin normalarını bilmədikləri,  normativləri kobud şəkildə pozduqları, təlimatları bilmədikləri, savadsız olduqları  və  vətəndaşın təqsiri olmadan, onu təqsirli bilib  onun  elektrik  xəttını  "rüşvət”  almaq  istəmələri üçün açan "məmurlar” öz  maaşları hesabına   sahibkara  dəyən  zərərin  əvəzini  ödəməlidirlər”.

Sahibkar xatırladır ki, qanunvericilikdə sayğac nasaz olduğu halda hesablama necə aparılır: "İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. 

Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji  təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 

Nöqsan aşkar edildikdə və ya sayğac xarab olduqda vətəndaş nə etməli? Hesablaşma uçot cihazında nöqsan əşkar edildikdə vətəndaş nöqsanun aradan qaldırılması üçün enerji təhcizatı müəssəsinə ərizə ilə müraciət etməlidir. 

İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir”.

Qaynar.info