Xəbər lenti

Şahmat millimizdən Olimpiadada növbəti qələbə
İdman17:19 30.09.2018

Şahmat millimizdən Olimpiadada növbəti qələbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında kişilərdən ibarət millimiz altıncı qələbəsini qazanıb.
Qaynarinfo xəbər verir ki, millimiz turnirin VI turunda Çexiya ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.
Ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov və Arkadi Naydiç qələbə qazanıb. Qara fiqurlarla çıxış edən Teymur Rəcəbovla Rauf Məmmədov heç-heçə edib. Bununla da xalını 12-yə çatdıran millimiz turnir cədvəlinin ilk sırasındakı mövqeyini yaxşılaşdırıb.
Qadınlardan ibarət millimiz isə turnirin VI turunda Latviya ilə qarşılaşıb və 2,5:1,5 hesabı ilə qalib gəlib.