O, 2018-ci ilə qədər bu klubda oynayacaqMəşhur müğənni Şakiranın əri, "Barselona" futbolçusu Jerar Pike bu komanda ilə müqaviləni yeniləyəcək.
ANS PRESS-in məlumatına görə, yenı müqavılənin şərtləri 27 yaşlı futbolçunu qane edib.
Muqaviləyə əsasən Pike 2018-ci ilə qədər "Barselona"da qalacaq. Futbolçunun qarşıdakı illərdə nə qədər qazanacağı hələlik məlum deyil.
Klub rəhbərliyinin dünya çempionatına qədər futbolçu ilə müqavilə yeniləyəcəyi gözlənilir.
Xatırladaq ki, Pike karyerasına "Barselona"nın gənclərdən ibarət komandalarında başlasa da klubla ilk peşəkar müqaviləsini imzalamamışdan əvvəl "Mançester Yunayted"ə keçib. Pike bu klubda debütünü 2004-cü ilin oktyabrında İngiltərə Kuboku çərçivəsində keçirilən matçda edib. Premyer Liqada isə ilk dəfə 29 mart 2006-cı ildə "Vest Hem"lə oyuna çıxıb və Qari Nevili sağ cinah müdafiəçisi mövqeyində əvəzləyib.
"Barselona" Pike ilə 27 may 2008-ci ildə dəyəri 50 milyon avro olan 4 illik müqavilə imzalayıb.
Pike bu klubda ilk qolunu 26 noyabr 2008-ci ildə keçirilən Lissabonun "Sportinq" klubu ilə oyunda atıb. İspaniyada isə ilk qolunu 29 yanvar 2009-cu ildə Kral Kubokunda "Espanyol"a qarşı vurub. La Liqada isə ilk qoluna 34-cü turda "Real Madrid" ilə oyunda imza atıb. Həmin oyunda "Barsa" rəqibi üzərində 6-2 hesablı səfər qələbəsi əldə edib və 6-cı qolu məhz Pike vurub.
Pike 2010 FIFA Dünya Kuboku təsnifat mərhələri çərçivəsində keçirilən İspaniya - Türkiyə (1-0) qarşılaşmasında iştirak edib və komandasının yeganə qolunu vurub.
Qaynar.info