Xəbər lenti

Sağlam ayağı kəsilən xəstədən xəbər var - VİDEO
Ölkə14:00 27.06.2016

Sağlam ayağı kəsilən xəstədən xəbər var - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Xəstə yavaş-yavaş ağır vəziyyətdən çıxır"

Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə iltihablı sol ayağı da kəsilən 87 yaşlı Tərlan Əliyevanın vəziyyəti orta-ağırdır. Əməliyyatı həyata keçirən mərkəzin direktoru Azər Şəmsəddinski Region TV-yə açıqlamasında vəziyyətə şəxsən nəzarət etdiyini bildirib.

Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə iltihablı sol ayağı da kəsilən 87 yaşlı xəstənin əməliyyatı 1 saatdan çox çəkib, heç bir qan itkisi olmayıb. Xəstənin ayağı budun orta hissəsindən amputasiya edilib. 

Xüsusiləşdirilmiş Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski: "Xəstənin vəziyyəti orta-ağırdır, hazırda reanimasiyadadır. Həkim nəzarətindədir, dərmana ehtiyac yoxdur. Xəstə yavaş-yavaş ağır vəziyyətdən çıxır. Bir neçə gün ərzində məlumat veriləcək". 

Mərkəzin direktoru xəstənin vəziyyəti ilə bağlı dəqiq nəsə deməyin tez olduğunu da vurğulayıb. 

İyunun 24-də sol ayağının kəsilməsi ilə bağlı diaqnoz qoyulan xəstənin sağ ayağını kəsən Valeh Kərimova gəlincə isə, Yasamal Rayon Prokurorluğundan aldğımız məlumata görə, ekspertiza davam etdirilir.

Qaynarinfo.az