Salam Sarvanın şeirlər kitabı Təbrizdə çap olunub.
Bu barədə Qaynarinfo-ya Təbrizdə yaşayan şair Elçin Həsənzadə məlumat verib.
Kitab Təbrizin "Nizami Gəncəvi” nəşriyyatında əski əlifbada nəşr edilib.
Maraqlananlar bu toplunu Təbrizin kitab dükanlarından, www.evdeal.ir portalından və online.kitabci instagram satış səhifəsindən əldə edə bilərlər.
1 / 2