Xəbər lenti

Salih Yılmaz: “Bayden qalib gəlsə Türkiyədən birinci bunu istəyəcək...”
Siyasət14:32 06.11.2020

Salih Yılmaz: “Bayden qalib gəlsə Türkiyədən birinci bunu istəyəcək...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qələbə qazanacağı təqdirdə, Bayden Türkiyənin Rusiyadan S-400 zenit raket sistemlərini (SAM) alması ilə əlaqədar vəziyyəti həll etməli olacaq.

Qaynarinfoxəbər verir ki, bu fikri TASS müxbirinə verdiyi müsahibədə türkiyəli politoloq, Rusiya Tədqiqat İnstitutunun (RUSEN) rəhbəri Salih Yılmaz deyib.

"Türkiyə ilə həll ediləcək ilk problem S-400 məsələsidir. Bu danışıqlarda ABŞ-ın [Bayden hakimiyyətə gəlsə] bu mövzuda yeni bir təklif verəcəyi gözlənilir", - Yılmaz bildirib. – Türkiyə S-400-dən imtina etməyəcək. O zaman, bəlkə də ABŞ, Türkiyəyə istədiyi şərtlərlə Patriot hava müdafiə sistemi təqdim etməyi qəbul edəcək".

Eyni zamanda, Yılmaz Baydenin seçkilərdə qalib gələcəyi təqdirdə, S-400 səbəbiylə Türkiyəyə qarşı sanksiya tətbiq olunmasına qərar verə biləcəyini də istisna etməyib.

"S-400-lə bağlı vəziyyət həll olunmasa, Bayden rəhbərliyi mütləq CAATSA ("Amerikanın Düşmənlərinə Sanksiyalarla Mübarizə Qaydası" qanunu. - TASS) çərçivəsində sanksiya tətbiq edəcək. Bu vəziyyətdə Türkiyə ilə ABŞ arasındakı münasibətlər daha da gərginləşəcək. aralarında bir nəticə əldə etmək üçün Baydenin Türkiyə ilə münasibətləri normallaşdırmaq üzərində işləyəcəyini gözləyirik. Ancaq heç bir uzlaşma əldə olunmazsa, ABŞ sanksiyaları Türkiyə iqtisadiyyatını hədəf alacaq, bu da ölkəni erkən seçkilər keçirməyə məcbur edə bilər", - RUSEN rəhbəri deyib.

 

Alpər