
Salyanda minik avtomobilləri daşıyan qoşqulu yük avtomobili aşıb, 7 ədəd yeni BMW markalı minik avtomobili əzilib.
"Qaynarinfo" APA-ya istinadən xəbər verir ki, Ələt-Astara magistralının Salyan rayonu Kürsəngi kəndi ərazisində Gürcüstanın özəl şirkətlərindən birinə məxsus NK-275-NK dövlət nömrə nişanlı, “Mercedes” markalı TIR tipli qoşqulu yük avtomobili aşıb. Nəticədə satış üçün nəzərdə tutulan 7 ədəd BMW markalı minik avtomobilləri əzilib.
Avtomobillər Gürcüstanın Batumi şəhərində yerləşən özəl şirkətlərdən birinə məxsus olub və İran İslam respublikasına aparılması nəzərdə tutulub.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Qaynarinfo.Az








