Xəbər lenti

Sami Yusufdan xəbər var
Sənət14:55 25.08.2014

Sami Yusufdan xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünya şöhrətli Azərbaycan əsilli müğənni, BMT-nin sülh elçisi Sami Yusuf BMT-nin Dünya Ərzaq Proqramının dəstəyi ilə Qəzza üçün konsert proqramında çıxış edəcək.

Sami Yusuf yeni işıq üzü görəcək “THE CENTRE” albomu ilə sentyabrın 16-da Londonda “Cadogan Hall”da pərəstişkarları ilə görüşəcək.

Yeni işıq üzü görəcək “THE CENTRE” albomu Azərbaycan üçün də özəl bir albom sayıla bilər. Albomda Sami Yusuf Azərbaycan xalq mahnısı olan “Sarı Gəlin”i həm azərbaycanca, həm də ingiliscə səsləndirib. Albomdakı mahnıların ifası zamanı Azərbaycan milli musiqi aləti olan tardan da istifadə olunub.

Xatırladaq ki, Sami Yusuf Azərbaycan musiqilərindən  indiyədək “Ayrılıq”, “Küçələrə su səpmişəm”, “Sənə də qalmaz”ı konsertlərində səsləndirib, hətta sayca dördüncü albomu olan “Salam” albomuna “Küçələrə su səpmişəm” mahnısını əlavə edib (APA).

Qaynar.info