Xəbər lenti

Samira: “Oğlum bu sahənin adamı deyil”
Maqazin12:12 20.06.2016

Samira: “Oğlum bu sahənin adamı deyil”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sonuncu dəfə oxuduğu “Sıravi Əhməd” mahnısından sonra Samira yaradıcılığında hələ ki, yeniliyin olmadığını açıqlayıb.

Qaynarinfo.az xəbər verir ki,  İfaçı oğlunun dərsləri ilə bağlı olaraq bütün fikrini övladına yönləndirdiyini və onunla məşğul olduğunu söyləyib. Sən demə Samira “Sıravi Əhməd” mahnısını oxumağa səbəb isə oğlunun hərbçi olmaq istəyidir:

“ Oğlum sənədlərini birinci qrupa verib.  O hansı sahəni istəsə onu seçə bilər. Fikrinə hörmətlə yanaşmışıq. Əsas odur ki, çalışdığı sahə üçün faydalı şəxs olsun. İnsanlarımıza xeyri dəysin. O hərbçi olmaq arzusundadır və mənim üçün fəxrdir. Mənim oğlum saatlarını mahnılar dinləməyə ya sosial şəbəkədə gəzməyə sərf etmir. O  bu şou sahəsindən də çox uzaq bir insandır”.

Qaynarinfo.az