Xəbər lenti

Samirənin qızı Xalq artistinin oğlu ilə niyə evlənməyib? - "Brillinat dəsti göndəriblər, amma..."
Maqazin10:42 05.02.2024

Samirənin qızı Xalq artistinin oğlu ilə niyə evlənməyib? - "Brillinat dəsti göndəriblər, amma..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qızıma göndərilən hədiyyə brillinat dəstdir və kifayyət qədər bahadır".
Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Samirə Yusifqızı tədbirdə Xalq artistinin ailəsindən qızına göndərilən hədiyyədən danışarkən deyib. 
Meyxanaçı sözügedən hədiyyənin alınmasından xəbərsiz olduğunu qeyd edib:
"Sonradan zəng etdim, maraqlandım. Dedim ki, zəhmət olmasa gəlin hədiyyəni götürün, çünki bu məsələ alınmayacaq. Nəyə görə boş-boşuna əziyyət çəkirsiz? Dedi ki, mən ona bunu ad günü münasibəti ilə hədiyyəsi etmişəm. Elə bil qonaq gəlmişəm, başqa şeyi ağlınıza da gətirməyin". 
Qeyd edək ki, meyxanaçı-müğənni Samirə Yusifqızının müğənni qızı Xalq artistinin oğlu ilə ailə qurmağa hazırlaşması ilə bağlı məlumatlar yayılıb. Doğum günü ilə bağlı tədbirdə ona elçi düşən Xalq artisti qaynanasından Fərəhə özəl hədiyyə göndərilib. Lakin izdivac baş tutmayıb.
Bahar Rüstəmli