Xəbər lenti

Samvel Babayanın müsahibəsi əsasında cinayət işi başlandı
Siyasət09:15 16.10.2023

Samvel Babayanın müsahibəsi əsasında cinayət işi başlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarabağ separatçılarının "keçmiş müdafiə naziri” Samvel Babayanın Ermənistanın İctimai Televiziyasına verdiyi açıqlamalar əsasında cinayət işi başlanıb.
APA "Azadlıq Radiosu”nun erməni xidmətinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Baş Prokurorluqdan bildirilib ki, iki maddə üzrə cinayət işi başlanılıb. Bunlardan biri "hərbi qulluqçuların səhlənkarlığı”, digəri isə "komandirin məcburiyyət olmadan istehkamları, hərbi texnikanı və ya digər döyüş vasitələrini təslim etməsi” maddələridir.
Həmçinin əlavə olunub ki, hazırda iş üzrə təqsirləndirilən şəxslər yoxdur.
Qeyd edək ki, Babayanın 6 oktyabr tarixində verdiyi açıqlamalarda Ermənistan hakimiyyətini qondarma "DQR”in "rəhbərliyini" məsuliyyətə cəlb etməyə çağırıb.