Xəbər lenti

Sarkisyan Astanada aprel döyüşlərindən danışdı
Siyasət16:10 31.05.2016

Sarkisyan Astanada aprel döyüşlərindən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənləri sakit izləyə bilmir".
Ermənistan prezidenti Avrasiya İttifaqının Astana iclasında Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolundan danışıb. ANS PRESS-in məlumatına görə, Serj Sarkisyan deyib ki, aprel döyüşlərinin bitməsində Rusiya böyük rol oynayıb.
“Ermənistan Dağlıq Qarabağ münaqişəsi  ətrafında baş verənləri sakit izləyə bilmir.  Əlbəttə ki, döyüşlərdən sonra Qarabağın “özünümüdafiə” dəstələri öz sıralarını bərpa etdi. Burada Rusiyanın rolu çox əhəmiyyətli oldu”, - deyə Ermənistan prezidenti bildirib.
Sarkisyan deyib ki, rəsmi İrəvan münaqişənin sülh yolu ilə həlli üçün variantlar axtarışındadır. "Amma aprel ayında baş verən hadisələr Avrasiya İttifaqının sərhədlərinin təhlükəsizliyi üçün bir çağırış idi. Avrasiya İttifaqının gələcəyə iki yolu var: ya iqtisadi sabitlik, təhlükəsiz  zonaya çevrilmək, ya da gərginliyin və düşmənçilin daimi mərkəzinə çevrilmək”. 
İclasda  Ermənistan prezidenti ilə yanaşı Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan prezidentləri də iştirak edir. Təşkilatın prezidentlər səviyyəsində son iclası ötən ilin dekabr ayında Moskvada keçirilib.
Həmin iclas zamanı Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı diqqət çəkmişdi.  O, toplantı zamanı təşkilata daxil olan dövlətləri tənqid etmişdi.
Sarkisyan bildirib ki, NATO-ya daxil dövlətlər bütün hərbi məsələlərdə bir-birlərinə daim dəstək olublar: “NATO dövlətləri bəzi hallarda aralarında ziddiyət olsa belə bir-birlərini tək buraxmayıblar.
Bu hadisəyə Türkiyə Rusiya qırıcısını vurduğu vaxt şahid olduq. Amma KTMT-yə daxil olan dövlətlər heç vaxt zəng vurub soruşmayıblar ki, Azərbaycan Ermənistana hansı təzyiqləri göstərir. Heç Ermənistanın müttəfiqlərini maraqlandırmır ki, Azərbaycanla sərhəddə nələr baş verir”, - deyə çıxış edən Sarkisyan əlavə edib ki, blokun bir üzvü üçün yaranan təhlükə bütün ittifaq üzvlərinə aiddir. 
Qaynarinfo.az