Xəbər lenti

Sarkisyanın son cəhdi alınmır
Siyasət16:53 18.06.2014

Sarkisyanın son cəhdi alınmır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistanın Dağlıq Qarabağsız hər hansı birliyə girəcəyi indiki şəraitdə heç cür inandırıcı görünmür".

ANS PRESS-in məlumatına görə, bu barədə tanınmış araşdırmaçı jürnalist Tom de Vaalın rəhbərlik etdiyi Müharibə və Sülh Reportajları İnstitutunun saytında yer alan məqalədə bildirilir.

Məqalə müəllifi Tiqran Gevorkyanın sözlərinə görə, Ermənistan Dağlıq Qarabağla ticarət dövriyyəsinin azalmasına heç cür razılaşa bilməyəcək: “Analitiklərin sözlərinə görə, Ermənistanla Qarabağın arasında sərhəd qoyulması üzrə tədbirlər populyar olmayacaq”.

“Bu, hadisələrin çox təhlükəli inkişafıdır. 1992-ci ildən bu yana ilk dəfədir ki, İrəvanla Qarabağ arasında sərhəd qoymaq cəhdi edilir”, - deyə erməni ekspert Ruben Merabyan vurğulayır. Onun sözlərinə görə, status-kvonun Ermənistanın ziyanına dəyişdirilməsinə cəhd edilir və Ermənistan hakimiyyəti bununla razılaşmağa məcbur edilir.

Məqalə müəllifinin fikrincə, müxalifət Sarkisyanı bu addımı atmağa qoymayacaq: “Erməni milli konqressi diplomatik iflas barədə danışır. “İrs” partiyası isə ölkə rəhbərliyindən Gömrük İttifaqına və Avrasiya Birliyinə daxil olmaq prosesini dayandırmağı tələb edir”.

Qaynar.info