Xəbər lenti

Saxlanılan NİDA-çılara hökm oxundu
Siyasət11:20 10.03.2013

Saxlanılan NİDA-çılara hökm oxundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən  "Nida"  üzvlərindən  Şahin Novruzlu, Bəxtiyar Quliyev barəsində  məhkəmənin qərarı ilə  3 aylıq həbs qəti imkan tədbiri seçilib. Məlumata görə   həbs qəti imkan tədbiri seçilən zaman  onların yanında dövlət tərəfindən təyin olunmuş vəkillər olub.

Həmçinin onu da qeyd edək ki  saxlanlan gənclər barəsində  valideynlərə ,vəkillərə  məlumat verilməyib.

Saxlanılan  Məmməd Əzizovun atası  Rasim Əzizov istintaqdan onun oğlu barəsində heç bir məlumat olmadığını bildirib.

Martın 9-da axşam MTN və Baş Prokurorluq "Nida" təşkilatının üç üzvü - Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məmməd Əzizovun saxlanması ilə bağlı birgə məlumat yayıblar.

Rəsmi məlumata görə, Bəxtiyar Quliyev və Şahin Novruzlu CM-in 234.1 və 228.1-ci maddələri, Məmməd Əzizov isə həmin məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulublar. İlkin istintaqla müəyyən edilib ki, hər üç şəxs 2012-ci ilin ortalarından etibarən internet vasitəsi ilə "Nida" Vətəndaş Hərəkatının üzvləri və narkotika aludəçisi olmaqla, təşkilatın bir sıra qanunsuz tədbirlərində fəal iştirak etmiş və yaşadıqları mənzillərdən aşkar edilmiş "Molotov kokteyli" adlanan tez alışan maye onlar tərəfindən hazırlanıb. /Turan/