Xəbər lenti

Saxta məktəb ləvazimatlarını bazara kim çıxarır?
Ölkə07:04 25.08.2023

Saxta məktəb ləvazimatlarını bazara kim çıxarır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Satılan dərs ləvazimatlarının saxta və keyfiyyətsiz olması ilə bağlı məlumatlar çoxalmaqdadır”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib. Ekspert bildirib ki, bu problemlə bağlı hüquq-mühafizə orqanları ölçü götürməlidir: 
"Bu problem hər il dərs başlayanda üzə çıxır. Ölkədə çoxlu sayda işbazlar, ayrı-ayrı məktəb ləvazimatlarını saxtalaşdırmağa cəhd edən kifayyət qədər qüvvələr var. Bu kimi şikayətlər hər il hüquq-mühafizə orqanlarına da daxil olur. Bununla bağlı tədbir görülməlidir".
Məzahir Məmmədli bildirib ki, bazara nəzarət etmək Elm və Təhsil Nazirliyinin işi deyil: 
"Həmişə nazirliyi tənqid edirik, amma bu problem onlarlıq deyil".
Bahar Rüstəmli