Xəbər lenti

Sazz 4G Internet Qubada
Ölkə12:35 29.11.2013

Sazz 4G Internet Qubada

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sazz 4G simsiz İnternet provayderi Quba şəhərini də öz əhatə dairəsinə daxil etdi. Bundan sonra qubalılar da sürəti 10 Mbit/s-ə qədər olan genişzolaqlı, simsiz internet xidmətindən faydalana biləcəklər.

SAZZ İnternetə qoşulmaq üçün lazım olan avadanlıqlar USB modemi və Wimaxion simsiz portativ modemini əhatə edir. İstifadəçilərə modemləri və İnternetin keyfiyyətini 5 gün ərzində 200 MB daxilində sınaqdan keçirmək imkanı verilir.

Quba şəhərində SAZZ İnternetə qoşulmaq üçün Heydər Əliyev prospekti, 17 (köhnə avtovağzalın yanı) ünvanında yerləşən Sazz loqotipini daşıyan ticarət nöqtəsinə gəlmək kifayətdir.

Əlavə məlumat üçün 994703703611 telefon nömrəsi ilə əlaqa yaratmaq olar.

Sazz İnternetə şirkətin Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də bütün Sazz satış nöqtələrində abunəçi olmaq olar. Sazz İnternetin satış nöqtələri həftənin 7 günü, o cümlədən bayram günlərində müştərilərin ixtiyarındadır.

Sazz 4G İnternet xidmətinin əhatə dairəsinə Bakı və Abşeron, Gəncə, Mingəçevir, Balakən, Zaqatala, Qax, Quba, Qusar, Xaçmaz, Xırdalan və Sumqayıt şəhərləri daxildir. Yaxın vaxtlarda isə Lənkəran, Masallı, Astara və Lerik şəhərlərinin də Sazz İnternetin əhatə dairəsinə daxil edilməsi planlaşdırılıb.


Qaynar.info