Xəbər lenti

Sazz 4G Internet Qusarda
Ölkə 17:43 25.11.2013

Sazz 4G Internet Qusarda

“Sazz 4G” simsiz Internet provayderi  öz əhatə dairəsinə Qusar şəhərini daxil edib. 

Artıq Qusar sakinləri saniyədə 10 meqabitə qədər sürətli simsiz internetə qoşula biləcəklər. 

Qusar şəhərindəki “Sazz 4G” müştəri xidmətləri və satış mərkəzi Nurəddin Şərifov küçəsi 1A ünvanında, “Qusar Petrol” yanacaqdoldurma stansiyasının yaxınlığında yerləşir. Qeyd edək ki, son iki ay ərzində “Sazz 4G internet” provayderi Zaqatala, Balakən, Qax şəhər sakinlərini də genişzolaqlı simsiz internetlə təmin edib.

Məlum olduğu kumu, Sazz 4G İnternetin “Standart” tarif paketi abunəçilərə eyni modemlə əhatə dairəsinin istənilən nöqtəsində internetə qoşulmaq imkanı yaradır.

Sazz 4G internet xidmətinin əhatə dairəsinə Bakı və Abşeron, Gəncə, Mingəçevir, Balakən, Zaqatala, Qax, Qusar, Xırdalan  və Sumqayıt şəhərləri daxildir. Yaxın günlərdə Xaçmaz və Quba şəhərlərinin də Sazz simsiz İnternetin əhatə dairəsinə daxil edilməsi gözlənilir. 

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->