Xəbər lenti

"Səba Broyler" cərimələnir
Ekonomiks09:16 16.02.2024

"Səba Broyler" cərimələnir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şabran rayonunda yerləşən "Səba" Açıq Səhmdar Cəmiyyəti (ASC) siyasi, sosial və əmək hüquqları əleyhinə olan iki inzibati xəta protokolu tərtib olunub. 
Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) və 198.3-cü ( Əməyin mühafizəsi qaydalarının pozulması) maddələri ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasəm, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.
Şabran Rayon Məhkəməsinin hakimi Könül Mirzəfərovanın icraatındadır. 
Qeyd edək ki, "Səba" Açıq Səhmdar Cəmiyyəti (ASC) 2014-cü ilə kimi "Dəvəçi Broyler" Açıq Tipli Səhmdar Cəmiyyəti (ASC) adı ilə fəaliyyət göstərib.
Əhməd