
Avqustun 6-da Milli Şuranın vahid namizədinin Seçki Qərargahının toplantısı keçirilib.
Milli Şuranın mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, toplantıda Milli Şuranın seçki kampaniyasının təşkilati məsələlərə məsul olan AXCP, “El” Hərəkatı, ACP, ALP, KXCP-nin nümayayəndələri iştirak ediblər. Toplantıda Milli Şuranın vahid namizədinin rəsmi irəli sürülməsi ilə bağlı təşəbbüs qrupunun formalaşdırılması, onun tərkibi, yığıncağın yeri və qanuna uyğun olaraq sənədləşdirilməsi məsələləri müzakirə edilərək, müvafiq qərarlar qəbul olunub. Eyni zamanda vahid namizədin qanunvericiliyə uyuğun olaraq respublika ərazisində imza toplama kampaniyasının təşkili məsələləri hərtərəfli müzakirəyə çıxarılıb və konkret qərarlar verilib.
Avqustun 7-də isə vahid namizədin seçki qərargahında seçki kampaniyasının analitik, sosial sorğular, daxili və beynəlxalq piar məsələləri ilə bağlı müşavirə keçirilib.