Xəbər lenti

Seçkilərlə bağlı Müstəqil Media Mərkəzi yaradılacaq
Siyasət15:22 17.12.2019

Seçkilərlə bağlı Müstəqil Media Mərkəzi yaradılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanda seçkilərlə bağlı yaradılan müstəqil media mərkəzləri başqa yerlərdə bir nümunə kimi göstərilir”.
Qaynarinfo xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib. O, bildirib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar da yaxın günlərdə müstəqil media mərkəzi yaradılacaq:
"Ənənəvi olaraq parlament seçkilərində belə müstəqil media mərkəzləri yaradılır. Bu media mərkəzi başqa yerlərdə bir nümunə kimi göstərilir. Azərbaycana gələn beynəlxalq təşkilatlar bu təcrübəni yüksək qiymətləndirirlər”.