Xəbər lenti

Sədaqət Əhmədovanın iki kitabı təqdim olundu (FOTO)
Sənət12:40 05.10.2021

Sədaqət Əhmədovanın iki kitabı təqdim olundu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müəllimlərin peşə bayramında Şamaxı rayonu A.Alxanov adına Sabir qəsəbəsi tam orta məktəbinin biologiya müəllimi Sədaqət Əhmədova üçün ikiqat bayramdır. 
Bu gün onun iki kitabı oxuculara təqdim olunub. Bu barədə Qaynarinfo-ya Sədaqət Əhmədova özü məlumat verib. Kitabların birinin adı "Atamın xatirələri, ikincisi isə "Biologiya və onun tədrisində yeni təlim texnologiyaları” adlanır.
Sədaqət Əhmədova bildirib ki, hər iki kitabı pandemiya dövründə yazılıb. Kitab biologiya fənninin öyrənilməsində istifadə olunacaq dərs vasaitidir. Bundan başqa "Atamın xatirələri” adlı kitab isə Sosialist Əməyi Qəhrəmanı Sədrəddin Əhmədovyn həyat və yaradıcılıından bəhs  edir.