Xəbər lenti

Sədərək yenə yandı - FOTO
Ölkə05:32 21.07.2014

Sədərək yenə yandı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün səhər saatlarında Sədərək Ticarət Mərkəzində yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə ticarət mərkəzinin 3-cü sıra, 7-ci korpusunda baş verib. 

Hadisə nəticəsində ümumi sahəsi 163 kv.m olan 5 mağazanın yanar konstruksiyaları, lambirdən ibarət tavanı və içərisində olan mallar 12 kv.m sahədə yanıb. Hadisə yerinə 5 yanğınsöndürən cəlb olunub.

Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 07:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xoşbəxtlikdən yanğında xəsarət alan olmayıb.

İlkin ehtimala görə, hadisə elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info