Xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının Azərbaycandakı səfiri Tobias Lorentzsonu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Bu barədə Qaynarinfo-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə İsveç arasında siyasi dialoq, iqtisadiyyat, ticarət, humanitar və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, qarşılıqlı səfərlərin və təmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edərək, bu istiqamətdə göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirib. O, səfir Tobias Lorentzsonun fəaliyyət müddəti ərzində Azərbaycan-İsveç əlaqələrinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Görüşdə həmçinin regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, post-münaqişə dövründə bölgədə bərpa və yenidənqurma işləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfir Tobias Lorentzson ölkəmizdə fəaliyyəti dövründə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
Şərhlər