Xəbər lenti

Səfirlik Polad Bülbüloğlu ilə bağlı məlumat yaydı
Siyasət12:00 05.11.2013

Səfirlik Polad Bülbüloğlu ilə bağlı məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Polad Bülbüloğlunun xüsusi reyslə Bakıya gətirilməsi barədə xəbər həqiqətə uyğun deyil və təxribat xarakteri daşıyır”

Azərbaycanın Rusiyadakı səfirliyi səfir Polad Bülbüloğlu haqqında yazılan xəbərlə bağlı məlumat yayıb.

Səfirliyin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumatda bildirilir ki, P. Bülbüloğlunun xüsusi reyslə Bakıya gətirilməsi barədə xəbər əsassızdır.

 “avropa.info saytında “Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu xüsusi reyslə Bakıya gətirildi” başlıqlı xəbəri həqiqətə uyğun deyil və təxribat xarakteri daşıyır. Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Moskvada öz xidməti vəzifələrini yerinə yetirir. Bu gün, 5 noyabr tarixində, o iş qrafikinə əsasən, müsəlman Yeni ili münasibətilə Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov tərəfindən veriləcək bayram qəbulunda iştirak edəcək”, - deyə səfirlikdən bildirilib. 

Qaynar.info