Xəbər lenti

Səfirlik qəzada yaralanan azərbaycanlılarla bağlı araşdırma aparır
Ölkə12:20 06.01.2019

Səfirlik qəzada yaralanan azərbaycanlılarla bağlı araşdırma aparır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb, yaralanan var.
Məlumata əsasən, mikroavtobusda 13 sərnişin olub, onlardan 6-sı xəsarət alıb. 
Xarici İşlər Nazirliyindən Qaynarinfo-ya bildirilib ki, məsələ araşdırılır.
"Məlumata görə, mikroavtobusdakı 13 sərnişindən 6-sı xəsarət alıb və dərhal xəstəxanaya yerləşdirilib. Təbii ki, Azərbaycanın Rusiyadakı səfirliyi məsələni diqqətdə saxlayır. Güman ki, gün ərzində sərnişinlərin şəxsiyyəti və digər məslələr barədə informasiya veriləcək”.
Qeyd edək ki, Azərbaycandan Moskvaya yollanan "Mercedes” markalı mikroavtobus Levokumsk kəndi yaxınlığında aşıb. Xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib. Yaralılardan üçünün vəziyyəti ağırdır.