Xəbər lenti

Səfirlikdən Morniqstarın dindirilməsi xəbərinə CAVAB
Siyasət05:59 23.05.2014

Səfirlikdən Morniqstarın dindirilməsi xəbərinə CAVAB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Azərbaycandakı Səfirliyi səfir Riçard Morninqstarın Xarici İşlər Nazirliyinə çağırılması haqda xəbərlərə aydınlıq gətirib.

AzVision.az xəbər verir ki, səfirlik məlumatları təkzib edərək R.Morninqstarın XİN-ə çağırılmadığını bəyan edib.

Qeyd edək ki, diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Səfirə “Azadlıq” radiosuna müsahibəsində işlətdiyi bəzi ifadələr xatırladılıb, Azərbaycanın daxili işlərinə qarışmağın əksini tapdığı fikirlərə yol verilməsinin qeyri-məqbul olması barədə irad bildirilib.

Səfirin diqqətinə çatdırılıb ki, bu kimi addımlar həm iki ölkə arasında münasibətlərin ruhuna, həm də diplomatik fəaliyyət normalarına uyğun deyil.

Qaynar.info