
“Böyük Britaniyanın İrandakı səfirliyinə hücum hesablanmış addım idi və diplomatik korpusun öz işçiləri qapını etirazçıların üzünə açmışdılar”.
APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran Hüquq-Mühafizə Qüvvələrinin komandanı, general İsmayıl Əhmədi Müqəddəm deyib.
O bildirib ki, hadisə baş verən gecə Böyük Britaniya səfirliyində olub: “Diplomatik korpusun işçiləri, müvəqqəti işlər vəkili və diplomatlar təhlükəsiz binaya köçürülmüşdülər. Mən ora daxil olduğum zaman onların heç bir narahatlığının olmadığını gördüm. Səfirlik işçilərindən birinə dedim ki, diplomatik korpusda təhlükəsizliyin təmin olunması üçün xüsusi qüvvələrdən istifadə edilsin. Müvəqqəti işlər vəkili bu təklifimi əvvəlcə qəbul etdi. Lakin səfirliyin təhlükəsizlik məsələləri üzrə müşaviri onun qulağına nəsə söyləyəndən sonra müvəqqəti işlər vəkili dərhal imtina etdi. Biz də qüvvələrimizi səfirlikdən çıxardıq”.