Xəbər lenti

Səfirliyimizə hücum edən şəxsin edamı ilə bağlı qərar təsdiqləndi
Siyasət 16:11 22.01.2025

Səfirliyimizə hücum edən şəxsin edamı ilə bağlı qərar təsdiqləndi

Azərbaycanın Tehrandakı Səfirliyinə hücum edən Yasin Hüseynzadənin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

Qaynarinfo "Trend”ə istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Məhkəmə Sisteminin sözçüsü Əsgər Cahangir açıqlayıb. 

Cahangir deyib ki, cinayət işi icra olunması üçün məhkəməyə göndərilib. Məhkəmə zərərçəkənlərin yaxınlarını dəvət edəcək.

Zərərçəkənlər edamın icrasını tələb etdiyi halda, cinayət işi icra olunması üçün əlaqədar quruma göndəriləcək.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə qarşı terror aktı törədilib. Terror aktı nəticəsində səfirliyin bir əməkdaşı şəhid olub, daha 2 nəfər isə yaralanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->