
Ötən gün ermənsitan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsinbdə şəhid olan Azərbaycan Ordusunun gizirinin cənazəsi Bakıya gətirilib.
Qaynar.info anspress-ə istinadən xəbər verir ki, Aydın Əmirsultan oğlu Abdullayevin cənazəsi ailəsinə təhvil verilib. Şəhid gizir bu gün son məzilə yola salınacaq.
Xatırladaq ki, 1990-cı il təvəllüdlü A.Abdullayev ötən gün axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində düşmən gülləsinə tuş gəlib. Gizir qarşı tərəfin snayperinə tuş gələrək həlak olub.
Allah rəhmət eləsin!