Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Natiq Əliyev dəfn edilib.
Qaynarinfo-nun Report-a istinadən məlumatına görə, Natiq Əliyev Gəncə şəhərində Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Natiq Əliyev noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olub.