"Təəssüf ki, bu məsələ qanunla tənzimlənmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov sosial şəbəkələrdə şəhid Xudayar Yusifzadə haqda ironik paylaşım edən vətəndaş Fuad Rəsulzadənin hərəkətini şərh edərkən deyib. O bu məsələlərin daha çox mənəvi qanunlarla tənzimləndiyini qeyd edib:
"Həmin şəxs ictimai qınağa məruz qalmalıdır. Hamı onun hərəkətini bilməli, tanımalıdır. Onun yaxınları da bilsin ki, bu adam kimdir, hansı əməlin sahibidir. Mərhum haqqında ümumiyyətlə, pis danışmaq olmaz. Xüsusən də şəhiddən söhbət gedirsə. Bu, mənəviyyatsızlıq, tərbiyyəsizlik və vicdansızlıqdır. Ona qarşı yalnız ictimai qınaqdan istifadə etmək lazımıdr”.
Qeyd edək ki, Tvitterdə "Əhməd” adlı hesabdan vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin haqqında "Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə ironik paylaşım edilib. Daha sonra həmin profilin Fuad Rəsulzadəyə aid olduğu məlum olub.
Aprelin 28-də axşam saatlarında Bakı şəhərində vətəndaş Fuad Rəsulzadənin döyülməsini əks etdirən videogörüntülər yayılıb.
Daxili İşlər Nazirliyi şəhid Xudayar Yusifzadə haqda ironik paylaşım edən gəncin döyülməsi ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.
Bahar Rüstəmli