Xəbər lenti

Şəhidlər Xiyabanı yenidən qurulur
Ölkə13:00 29.07.2014

Şəhidlər Xiyabanı yenidən qurulur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şamaxılıların dəfin olunduğu Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılır.

Qaynar.info xəbər verir ki, Şəhidlər xiyabanının ərazisi 3 hektara çatdırılaraq böyük parka çevrilib, burada 5000 kvadratmetrədək yaşıllıq zolağı salınıb, 800-ə yaxın yeni ağac əkilib.

Ərazinin torpaq sürüşməsinə meylli olması nəzərə alınaraq məzarlıqların mühafizəsi məqsədilə ətrafa 10-15 santimetr qalınlığında 324 kvadratmetr beton tökülüb.

Hazırda ərazidə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

Qaynar.info