
12:06
İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qruplarının hücumu zamanı şəhid olan Azərbaycan əsgərlərindən üçünün adı məlum olub.
Tərtər rayonun Qapanlı kənd sakinlərinin ANS-ə verdiyi məlumata görə görə, dünyasını dəyişən əsgərlərimizdən ikisi Vüqar Poladov və Elnur İbrahimovdur. Sakinlərin sözlərinə görə, onların hər ikisi müddətli hərbi xidmət qulluqçususdur.
Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Almazov İsa Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Publika.az xəbər verir ki, şəhidlərimizdən biri Salyan rayon Seyidsadıqlı kənd sakini Məmmədov Səftər Əlihüseyn oğludur. Onun valideynlərinə oğullarının şəhid olması barədə məlumat verilib.
Ağdam sakininin Axar.az-a verdiyi 5 əsgərin meyiti Tərtərə tibbi-ekspertizaya aparılıb. Onun sözlərinə görə, tibbi-ekspertizadan sonra meyitlər məscidə yuyulmağa aparılacaq.
Son məlumatlara görə, ermənilərin atəşkəsi pozması nəticəsində 11 hərbçimiz şəhid olub, 1 mülki şəxs yaralanıb.
12:50
Ötən gecə ermənilərin təxribat hücumu cəhdinəticəsində şəhid olan daha bir əsgər Xaçmaz rayonu Yeni Həyat kəndsakini Coşqunov Mustafa Əhmədcan oğludur. O, 1996-cı ildə anadan olub.Hərbi xidmətə isə bu ilin yanvar ayında gedib. Faktı Xaçmaz rayon icrabaşçının birinci müavini Yetkin Mehmanov Ans press-ə təsdiqləyib. O,bildirib ki, əsgərin cənazəsi hazırda rayona gətirilir (ANS Press).
“Qafqazinfo”nun verdiyi məlumata görə, şəhidlərdən biri Əhmədov Qaryağdı Eldar oğludur.
***
Ötən gün düşmənlə atışmada yaralanmış hərbçimiz dünyasını dəyişib. APA-nın məlumatına görə, həkimlərin səyinə baxmayaraq, Abdinov Hüseyn Etibar oğlunu xilas etmək mümkün olmayıb. Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış H. Abdinov hospitalda vəfat edib.
13:30
Şəhid olan daha iki əsgərimizin adı məlum olub. APAxəbər verir ki, dünyasını dəyişən əsgərlərimizdən ikisi Şirvanşəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov və Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimovdur.
TAM SİYAHI
1. Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu
2. Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov
3. Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov
4. Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov
5. Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov
6. Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov
7. Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov
8.Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbixidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov QaryağdıEldar oğlu
9. Sumqayıtdan hərbi xidmətə çağırılmış Hüseyn Abidinov
Qaynar.info
Əhmədov Qaryağdı

Elnur İbrahimov
