
Uzun müddətdir ki, evində müalicə olunan və arada xəstəxanaya aparılaraq həkim nəzarətində qalan xalq artisti Ramiz Əzizbəylidən xəbər var.
Qaynarinfo.az xəbər verir ki, aktyor yavaş-yavaş səhhətinin yaxşılaşdığını açıqlayıb. Əzizbəyli 60 illik yaradıcılıq tarixindən də söz açıb:
“68 yaşındayam 60 ildir sənətlə məşğulam. Yaşım ötüb,qocalmışam və yaddaşı təzələmək lazımdır. Mən bu sahəyə “Buratino” obrazı ilə gəlmişəm. Mehdi Məmmədov, Rza Təhmasib, Adil İskəndərov məni universitetə qəbul etməyiblər, düz 2 il kəsiblər ancaq heç vaxt bezməmişəm .Rejissorluğa isə 40 yaşımda gəlmişəm. “Bəxt üzüyü” filmi ilə daha çox tanındım Bu günə qədər 70 mahnı oxumuşam ama məni “Aman Tello” mahnısına görə tanıyırlar”.
Qaynarinfo.az