Xəbər lenti

Şəhriyar Məmmədyarov ikinci dəfə evləndi (FOTO)
Maqazin05:13 25.07.2017

Şəhriyar Məmmədyarov ikinci dəfə evləndi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov bu gün ikinci dəfə subaylığın daşını atıb.

"Qaynarinfo" goldnews.az-a istinadən xəbər verir ki, toy hazırda Bakıdakı şadlıq saraylarından birində keçirilib. Şəhriyarın toy mərasimində qohumları, yaxınları ilə yanaşı, idman ictimaiyyətinin tanınmış simaları iştirak edib. 

Qeyd edək ki, dünyanın üç ən yaxşı şahmatçısından biri sayılan Şəhriyar Məmmədyarov bu ilin aprel ayında nişanlanıb.

Şahmatçı bu barədə sosial şəbəkədə status da yazmışdı: "Bu gün gözəl və özəl gündür. Nişanlandım. Xoşbəxt həyat".

Xatırladaq ki, qrossmeyster bundan əvvəl 2012-ci ildə Nərmin adlı xanımla ailə həyatı qurub, lakin cütlük daha sonra müəyyən səbəblərdən ayrılıb.

Qaynarinfo.Az