
Müğənni Səidə Sultanla Niyam Salami ilə duet oxuyub.
Bu barədə Qaynarinfo.az-a N.Salami məlumat verib. O bildirib ki, “Mənə vaxt ver” adlı türk mahnısını birlikdə səsləndiriblər: “Səidə bu sənətdə olan yeganə dostlarımdandır. Onun kişi xarakteri var. Neçə il idi ki, duet oxumaq istəyirdik, amma müəyyən səbəblərdən yubanırdı. Amma demək qismət bu ilə imiş. Səidədən öncə müğənni Mətanət Əsədpovayla duet oxudum, o da bəyənildi və sevildi. Düşünürəm ki, bu mahnı da bəyəniləcək”.
Qeyd edək ki, bəstənin aranjimanını Fərid Ağa edib.
Qaynarinfo.az