Xəbər lenti

Şəkidə maşın piyadanı vurub, öldürdü
Ölkə15:21 23.04.2016

Şəkidə maşın piyadanı vurub, öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Şəkidə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, bu gün səhər saat 07:40 radələrində rayonun Böyük Dəhnə kənd sakini, 1992-ci il təvəllüdlü Elşən Cəlil oğlu Ömərov ağır kəllə-beyin travması və beyin əziyi dioqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, aprelin 22-i axşam saatlarında 23 yaşlı E. Ömərovu kəndin ərazisində maşın vurub.
Məlumatda bildirilir ki, qəzadan sonra ağır travma alan E. Ömərovu xəstəxanaya aparmaq əvəzinə yaxınları onu məlum olmayan səbəbdən aprelin 23-ü səhər saatlarına kimi yaşadığı evdə saxlayıblar. Məhz səhər saatlarında zərərçəkənin vəziyyətinin daha da ağırlaşdığını görən yaxınları onu xəstəxanaya aparıblar.
E. Ömərov xəstəxanaya daxil olandan bir qədər sonra, təmxinən saat 11:00 radələrində ölüb.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, aparılan araşdırma zamanı məlum olub ki, E. Öməruvu onun həmkəndlisi, 1987-ci il təvəllüdlü Laçın Tahir oğlu Yusifov idarə etdiyi "VAZ 2107" markalı 55-BG-182 dövlət nömrə nişanlı avtomobillə vurub.
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.
Qaynarinfo.az