Xəbər lenti

Şəkidə sahibsiz it azyaşlını dişlədi
Ölkə09:05 20.03.2018

Şəkidə sahibsiz it azyaşlını dişlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 19-u axşam saat 22:30 radələrində rayonun Cəfərabad kənd sakini, 2008-ci il təvəllüdlü Amin Ramil oğlu Bəkirov sağ budun it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
Qaynarinfo-nun APA-ya istinadən verilən məlumata görə, müayinə zamanı 10 yaşlı A. Bəkirovu yaşadığı kəndin ərazisində küçədə sahibsiz itin dişlədiyi məlum olub.
A. Bəkirova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.