Aysel Əlizadənin "Seksin poeziyası" adlı yeni şeirlər kitabı çapdan çıxıb.
Qaynarinfo-nun verdiyi xəbərə görə, kitab Teas Press Nəşrlər Evinin "Yay" yayınlarında çap edilib.
Kitabda müəllifin son illər yazdığı yeni şeirləri toplanıb. Aysel Əlizadənin Qaynarinfo-ya dediyinə görə, nəşr evi ilə müqaviləni keçən yay bağlayıb. Özəl səbəblərdən kitabın bir müddət sonra çap olunmasını xahiş edib.
"Bu kitabda ara-sıra mətbuatda çıxan və oxucuların sevdiyi şeirlər də yer alıb" - Aysel xanım deyib.
Qeyd edək ki, "Seksin poeziyası" adlı şeirlər toplusu LİBRAFF mağazalar şəbəkəsində artıq satışdadı.