Xəbər lenti

Sekuta: "Məqsədimiz hərtərəfli sülhə nail olmaqdır"
Siyasət17:25 01.06.2016

Sekuta: "Məqsədimiz hərtərəfli sülhə nail olmaqdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu ay Azərbaycan ilə Ermənistan prezidentləri arasında keçirilməsi nəzərdə tutulan görüşü şərh edib.
Qaynarinfo.az "Report"a istinadən xəbər verir ki, o, jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan XİN başçısı Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ilə görüşüb. İyunun 2-də isə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan həmsədrlərlə görüş keçirəcək.
"Bizim məqsədimiz Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün nəticələrini daha da inkişaf etdirmək və hərtərəfli sülhə nail olmaqdan ibarətdir", - deyə səfir vurğulayıb. 
Qaynarinfo.az