
Dövlət Sosial Müdafiə Fondunun keçmiş sədri Səlim Müslümov nazir təyin olunandan sonra fondun rəhbərliyinə kimin gətiriləcəyi ilə bağlı müzkirələr başlayıb. Bəzi ekspertlər ümumiyyətlə, fondun ləğv olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibinə veriləcəyini proqnozlaşdırır. Bu təklifin əlehidarları da var.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov facebook səhifəsində yazıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə fond birləşdirilməlidir. V.Bayramov qeyd edib ki, təşkilatı, hələ 2010-cı ildə hazırladığı institutsional təkliflər paketində belə bir islahatın aparılması yer alıb: «Əslində, DSMF-in nazirlikə birləşdirilməsi yalnız büdcə vəsaitinə qənaət edilməsi baxımdan deyil, həmçinin bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasına və eləcə də sosial siyasətdə menecmentin əlaqələndirilməsinə səbəb ola bilər. Bununla da pensiya siyasəti hökümətin sosial siyasətinin daha sıx elementinə çevrilə bilər.
Digər tərəfədən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Səlim Müslümovun rəhbərlik edəcəyini və eləcə də bu sahədə ixtisaslaşdığını nəzərə aldıqda fondun nazirliyə birləşdirilməsi institutsional islahat olmaqla yanaşı, eyni zaman çevik idarəetməyə imkan yarada bilər».
«Azad İqtisadiyyata Yardım» İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl birləşmə təklifinin qəti əleyhinədir. Onun fikrincə, qurumun adı dəyişə bilər, lakin fondun ƏƏSMN-nin tabeliyinə verilməsi absurddur. Z.İsmayıl deyil ki, nazirliki büdcə təkilatı kimi sırf büdcədən maliyyələşir. Amma DSNF büdcədənkənar fonddur və ora büdcədən transfert ola bilər: «Dövlət Sosial Müdafiə Fondu büdcədənkənar fonddur, icmal büdcəsnin tərkib hissəsidir. Əmək və Əhalinin Soail Müdafiəsi Nazirliyi isə icra hakimiyyəti qurumudur. Nə olsun ki, hər ikisinin adından «sosial müdafiə» sözü var? Buna görə büdcədənkənar fond nazirliyə tabe olmalıdır?».
İqtisadçı deyir ki, dünyada Pensiya Fondu ayrı bir qurum kimi fəaliyyət göstərir: «Kimsə də sabah deyə bilər ki, Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti də Energetika Nazirliyinin tabeliyinə keçsin, birləşsin. Harda var belə təcrübə? Pensiya Fondları hər yerdə ayrı qurumdur, onların suveren fond statusları var».
Ekspert əlavə edir ki, suverən fond kimi öz təsərrüfatlarını qura, büdcəsini genişləndirmə imkanları var. İqtisadçı Norveç təcrübəsini əsas gətirərək, Pensiya Fondu ilə Neft Fondunun birləşdiyini deyir. Yeri gəlmişkən, artıq uzun müddətdir ki, Azərbaycandan özəl pensiya fondlarının yaradılması məsələsi də müzakirə edir. Rəqabətlilik mövcud olarsa, sosial sığorta sferasında yüksək inkişafa nail olunacağını düşünülür. Çünki xidmətlər artarsa, işçilər arasında sosial sığorta ödəmələrinə stimul yarana biləcəyi ehtimal olunur. /bizimyolinfo.com/