Xəbər lenti

Səma tutqun - Şeir
Sənət10:44 14.04.2016

Səma tutqun - Şeir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qaynar.info Ramil Hamzanın "Səma Tutqun" şeirni oxuculara təqdim edir

Səma tutqun, gözlər  tor

Görənlər də görməz olub.

“Görməyən “ tək kor!

Hamı soyuqqanlı olub,

.....hamı çox zavallı olub.

Sifətlərdən nifrət yağır,

üzlərdən kədər qəm.

gözlərdən küdurət yağır.

Tərbiyəsizlər mərifətdən,

şərəfsizlər şərəfdən,

savadsızlar bilikdən,

imansızlar dindən,

danışır bu ölkədə.

İstiqamət yaxına

mənzillər çox uzaqda,

hədəflər çox uzaqda,

mərmilər əl altında.

Gözü yaşlıdır bu ölkə!

Gülən əxlaqsızlardır.

Hər gülən saya olmaz,

Həqiqi gülənlərdir.

Onlara yox təsiri.

Nə oldu, nə baş verdi,

Kim öldü, kimlər qaldı,

Sakitcə göz yaşın silən,

ürəyində ağlayıb gülən,

analar,bacılar vardır,

sevgililər, qadınlar vardır.

Ölkənin səması tutulub,

Hər yer qap qaradır.

Şəhər toza bürünüb,

şəhər təmiz çirklənib.

Güclü yağış gərəkdir.

Qoy lap leysan da yağsın.

Bu şəhərin toz basmış,

yerləri təmizlənsin.

Şəhərin günahkarları,

Günahlardan  arınsın,

Yuyularaq paklansın.

Qorxuludur bu şəhər.

Qara geyinir hər kəs.

Günahkardır bu şəhər.

Ləkələnməkdən qorxmur!

Bircə aydın odur ki,

Bu şəhər qan ağlayır.

Sakinlər şəhidini

torpaqlara basdırır,

torpaqlara tapşırır.

Yorğun görünür şəhər.

Gözləri yaman şişib.

Yuxuludur insanları,

Alimi cahilləşib!

Çoxludur problemi 

yaşayan sakini tək

Yalnız bir ümidi var,

İdarə  edənləri,

İnsanlar........

Mərhəmətli olsalar,

bu şəhər də yaşayar,

bu şəhərdə dincələr.

Bakının “dincəlməyi”,

Ölkəni  çiçəkləndirər.                                     

12.04.2016

Qaynar.info