
Araşdırmaçı-yazar İlqar Kamilin Bakıda kitabı nəşr olunub!
Nəşriyyatdan Qaynar.info-ya verilən məlumta əsasən, İlqar Kamilin qəlbləri oxşayan səlis üslubu ilə qələmə aldığı "Səmavi Mesajlar" kitabı insanları baş qarışdıran gündəlik qayğılardan, qaçhaqaçlardan bir az ayıracaq, şəhərin beton binaları ilə sərhədlənmiş gözlər səmalara dikiləcək, oxucular bu dəfə həyata səmavi mesajlar aspektindən baxacaqlar.
Qeyd olundu ki, kitabda Quran və İncildən seçilmiş ayələr üzərində müasir yanaşma ilə təhlillər aparılır və həmin ilahi kəlamlardan ilhamlanaraq mövzu ətrafında önəmli və fərqli baxış ilə günümüzün problemləri təhlil olunur, dövrümüzə uyğun praktiki, həyata yön verəcək nəticələr əldə edilir.