Xəbər lenti

Şəmkirdə 17 yaşlı oğlan bıçaqlandı
Ölkə18:53 08.05.2016

Şəmkirdə 17 yaşlı oğlan bıçaqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkirdə bıçaqlanma hadisəsi qeydə alınıb.
APA-nın qərb bürosunun verdiyi  məlumata görə Şəmkir şəhər sakini, 1999-cu il təvəllüdlü Ənvərli Kamal Eynur oğlu döş qəfəsinin sol yarısının kəsilmiş deşilmiş xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə, K. Ənvərlini xəstəxanaya yoldaşları gətirib  və onun yolda bir neçə nəfərin dalaşması zamanı bıçaqlandığını bildiriblər.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Qaynarinfo.az