Xəbər lenti

Səmra "Sarı Gəlin"i, Tamara "Sən gəlməz oldun"u oxudu - VİDEO
Maqazin05:41 22.01.2015

Səmra "Sarı Gəlin"i, Tamara "Sən gəlməz oldun"u oxudu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"O səs Türkiyə"nin "Birə bir" mərhələsinin növbəti günündə azərbaycanlı Səmra Rəhimli çıxış edib. Axşam.az-ın xəbərinə görə, keçən tur "Lady Marmalade" mahnısıyla qalib gələn Səmra bu dəfə Beyonsun repertuarından "Sweet dreams" mahnsını oxuyub.
Komanda yoldaşı Zeynəblə səhnəyə çıxan həmyerlimiz Hadisənin seçimiylə cütlüyün uduzan tərəfi olub. 
Lakin qaydalara əsasən uduzan ifaçı yenidən jürilərin seçimiylə yarışmada qalmaq şansı qazanır. Səmranı bu dəfə müğənnilər Gökhan, Ebru Gündeş öz komandasında görmək istəyib. O, yarışmaya Gökhanla davam etmək istədiyini deyib. Seçim anında S.Rəhimli "Sarı Gəlin" mahnısını da oxuyub. 
Qaynar.info