Milli Məclisin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva rektor Ədalət Muradovun onu universitetindən çıxarması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Qaynar.info xəbər verir ki, AzVision.az-a açıqlamasında Ç.Hacıyeva bu məlumatların tamamilə əsassız olduğunu bildirib:
“Bu məlumatlar sizdə hardadır? Hazırda universitetdə elmi şura idi. Biz də iclasda idik. Mənim Xüsusi İstedadları Qrupundan çıxarılmağımla bağlı xəbərlərin heç bir əsası yoxdur”
Eyni zamanda AzVision.az-ın əldə etdiyi məlumata görə, rektor Şəmsəddin Hacıyevin qardaşının qudası olan Beynəlxalq İqtisadi münasibətlər fakültəsinin dekanı Müzəffər Məmmədovu da işdən çıxarıb. Onun yerinə dosent Bərxudarov Mənsur İsa oğlu təyin edilib.
Qeyd edək ki, M.Bərxudarov 1992-2014-cü illərdə ADİU-nun «Beynəlxalq iqtisadi münasibətlər» kafedrasında baş müəllim, dosent işləyib.
Qaynar.info
Şərhlər