Xəbər lenti

“Sən hakimiyyətdən getməlisən” -ŞƏRH
Siyasət08:29 05.07.2013

“Sən hakimiyyətdən getməlisən” -ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qabil Hüseynli: “Dövlət, onun konstitusion əsasları üçün təhlükə yarananda ordu proseslərə qoşulur”

“Misirdə baş verənlər təbii bir proses kimi qarşılayıram. Çünki inqilab öz qarşısına qoyduğu hədəflərə çata bilməmişdi. İnqilabın nəticələrində dini qruplaşmalar-“Müsəlman Qardaşları” istifadə etdi”.

Bunu Qaynar.info-ya siyasi şərhçi Qabil Hüseynli Misirdə baş verənlərdən danışarkən deyib. 

Onun sözlərinə görə, Misirdə əhalinin böyük hissəsi ölkəni demokratik, liberal yönümlü və insan azadlıqlarının bərqərar olduğu bir dövlət kimi görmək istəyirdilər. Amma bunlar konstitusiyanı dəyişdi, şəriət qanunlarını oraya yerləşdirdi, mühüm dövlət vəzifələrinə sırf din xadimlərini təyin etdilər: “Beləliklə, Misir kimi bir dövlətdə teokratik bir rejim yaranması təhlükəsi mövcud idi. Belə bir rejimin yaranması nə Amerikanın, nə Avropanın, nə də Misirin özündə liberal düşüncəli insanların maraqlarına uyğun deyildi. Təbii ki, bu da ciddi etiraz dalğası doğurdu. Belə olan halda ordu liberal yönümlü etirazçıların tərəfinə keçdi və dövlət çevrilişi baş verdi. Prezident də həbs edildi, yəqin ki, o ölkədən kənara göndəriləcək. Hesab edirəm ki, Misirdə yeni era başlayır”.

Siyasi şərhçi hesab edir ki, dövlət, onun konstitusion əsasları üçün təhlükə yarananda ordu proseslərə qoşulur: “Misirdə də müdaxilə etdi. Düzdür, Misirdə baş verən hərbi çevriliş idi, amma ölkədə nizam-intizamı, konstitusiya quruluşunu qoruyub saxlamaq xatirinə bir gediş idi. Orada hərbiçilər konstitusiya məhkəməsinin sədrini prezident elan etdilər. Bu da keçid dövrü üçün nəzərdə tutulub. Hələ xalqın iradəsi olmadan proseslərin başa çatdığını söyləmək olmaz”.

Q.Hüseynli qeyd edib ki, Misirdə baş verənlərə xarici qüvvələrin mənəvi dəstəyi var: “Tutaq ki, Amerika prezidenti Barak Obama Mursiyə söylədi ki, sən hakimiyyətdən getməlisən. Yəni bu, mənəvi dəstək idi. Avropa Birliyi də proseslərə həm loyal münasibət bəsləyirdi, həm də liberalların tərəfini tuturdu”.

İlkin
Qaynar.info